T. Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
Zaqatala şəhəri M.Nəzirova küçəsində yaşayan 2012-ci il təvəllüdlü Tahir Seyran oğlu Məmmədov yaşadığı ərazidə minik avtomobilinin zərbəsi ilə üzləşib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 9 yaşlı T.Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. T.Məmmədova sol topuğun və sol qolun sınığı dioqnozu qoyulub. Müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.///Apa