10 fevral 2021-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanov Vətən müharibəsində yaralanan döyüşçüləri evlərində ziyarət ediblər.
Ucnoqta.az görüş rayonun ən ucqar Qaraqaya, Zərnəva və Namazgah kəndlərində pandemiya qaydalarına uyğun baş tutub. Qazilərimiz və ailə üzvləri ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla rayon rəhbərinə və Millət vəkilinə diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
RİH başçısı və Millət Vəkili səmimi keçən görüşlərdə 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu olduğunu və bu arzunu həyata keçirən rəşadətli azərbaycan ordusunun hərbçilərinə minnətdarlıqlarını bildirərək illər ötsə də onların qəhrəman olaraq xatirələrdə daima qalacağını bildiriblər. Əlavə olaraq qeyd edək ki, Zərnəva kəndində sakinlərlə də görüş keçirilib və sakinlərin qaldırdığı məsələlərlə əlaqədar yerində müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır. Ən qısa zamanda bu şöbənin əməkdaşları mütamadi olaraq müharibə iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.