Bakıda sexdə yanğın olub

17:16 - 10 Fevral 2021 - HADİSƏ

Bakıda sexdə yanğın baş verib.

Hadisə Nərimanov rayonunda yerləşən istehsalat sexinin elektrik sistemində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğının geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa vaxtda söndürülüb.

Xəbər xətti