ARB TV-nin “Elgizlə İzlə” verilişinin növbəti qonağı müğənni Rasim Səfər olub.
İfaçı Xalq artisti Yaşar Nurinin qızı Ülkərlə aralarındakı münasibətə aydınlıq gətirib:
“Ülkərlə üç ildir birgə çalışırıq. Çox əziyyətlər çəkmişiq. Hədsiz dərəcədə yaxın, ailəvi dostlarıq. Ailəliyəm, dörd aylıq qızım var. İşimizlə əlaqədar günün çox hissəsini bir yerdə keçiririk. Ülkərlə çox göründüyümüz üçün belə söz-söhbətlər ortaya çıxır. Həyat yoldaşım da musiqiçi olduğu üçün yersiz qısqanclıqlar olmur”.///oxu.az