Türkiyəli şoumen ad gününü keçmiş arvadları ilə qeyd etdi - FOTO

11:58 - 10 Fevral 2021 - MAQAZİN

Uzun müddətdir səhhəti ilə bağlı problemlərlə mübarizə aparan türkiyəli məşhur şoumen Mehmet Əli Ərbilin 64 yaşı tamam olub.

Bununla bağlı onun keçmiş arvadı, aktrisa Nərgiz Kumbasar “Instagram” hesabından paylaşım edib.

Məşhurun yeni yaşını keçmiş həyat yoldaşları ilə qeyd etməsi diqqət çəkib.

Eks-həyat yoldaşları - ikinci arvadı Nərgiz Kumbasar və dördüncü arvadı Tuğba Coşkun xəstəliyi səbəbiylə çətin anlar yaşayan Ərbili ad günündə tək qoymayıblar.///oxu.az

 


Xəbər xətti