Gürcüstanda xüsusi əməliyyat zamanı azərbaycanlı bacı-qardaş saxlanılıb

11:21 - 10 Fevral 2021 - HADİSƏ

Gürcüstanda ötən gün Rustavi şossesində həyata keçirilən xüsusi əməliyyat zamanı 1988-ci il təvəllüdlü V.Q. adlı şəxs saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxsin üzərində axtarış zamanı 2 bağlama heroin və pul maddi sübut kimi müsadirə edilib.

İstintaq hərəkətləri zamanı 1986-cı il təvəllüdlü E.M. adlı şəxs hüquq-mühafizə orqanlarına müqavimət göstərib, polisin qanuni tələblərinə əməl etməyib və bu səbədən saxlanılıb.

Xüsusi əməliyyatdan yayılan videogörüntülərə əsasən, saxlanılan şəxslər azərbaycanlı qardaş və bacıdır.

Xəbər xətti