Paraqvayda hərbi təyyarə qəzaya uğradı; 7 ölü, 1 ağır yaralı

09:22 - 10 Fevral 2021 - HADİSƏ

Paraqvayın Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarə qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, hadisə Asunsona beynəlxalq aeroportu yaxınlığında qeydə alınıb. Bu barədə “ABC Color” məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətlər alıb.

Qeyd edilir ki, ölkənin müdafiə nazirliyi hadisə ilə əlaqədar araşdırmalara başlayıb.

 

Namiq Musayev

Xəbər xətti