Zaqatalada fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb

20:50 - 9 Fevral 2021 - HADİSƏ

Zaqatalada fərdi yaşayış evi yanıb.

Rayonun Danaçı kənd sakini Taleh Hiqov oğlu Dirayevə məxsus, ümumi sahəsi 110 kv/m olan üçotaqlı birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır. ///Apa

Xəbər xətti