Yaponiyda sualtı qayıq ticarət gəmisi ilə toqquşdu; yaralılar var

13:09 - 8 Fevral 2021 - HADİSƏ

Yaponiya sahillərində milli özünümüdafiə qüvvələrinə məxsus sualtı qayıq ticarət gəmisi ilə toqquşub. Ucnoqta.az xəbər verir ki, hadisə Koti prefekturasında qeydə alınıb. Bu barədə “TASS”a ölkənin nazirlər kabinetinin baş katibi Kaçunobu Kato məlumat verib.

“Hadisə ilə əlaqədar olaraq, məlumat toplamaq və təhlil etmək üçün böhran qərargahı yaradılıb” – deyə o bildirib.

Məlumatda həmiçinin qeyd edilir ki, hökümət ticarət gəmisinin təhlükəsizliyini və vəziyyətin inkişafı ilə əlaqədar ictimaiyyəti operativ məlumatlandırmaq üçün bütün zəruri tədbirləri görür.

İlkin məlumata görə, nə ticarət gəmisi, nə də ki, sualtı qayıq zərər görüb.

Baş katib yaralıların olub-olmaması ilə bağlı məlumatının olmadığını söyləyib.

“Kyodo” agentliyinin yazdığına görə, toqquşma sualtı qayığın su üzünə çıxdığı vaxt meydana gəlib və qəza nəticəsində minimum 3 ekipaj üzvü xəsarət alıb.

 

Namiq Musayev

Xəbər xətti