Şirvanda ər və arvad dəm qazından boğularaq ölüblər

17:50 - 7 Fevral 2021 - HADİSƏ

Şirvan rayonunda ər və arvad dəm qazından boğulub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri bağ evləri massivində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Şirvan sakini, 1937-ci il təvəllüdlü Əliyev Əbülfəz Zeynalabdin oğlu və onun həyat yoldaşı 1942-ci il təvəllüdlü Əliyeva Evgeniya Yulianovna dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti