Ağdaşda iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib.
FHN-dən Ucnoqta.az verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Mercedes" markalı minik avtomobilindən, 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Namiq Musayev