ABŞ-ın Solt-Leyk-Siti (Yuta ştatı) şəhəri yaxınlığında dağda baş verən qar uçqunu nəticəsində xizəklə sürüşən 4 nəfər ölüb. Ucnoqta.az xəbər verir ki, bu barədə ABC telekanalı yerli hüquq-mühafizə orqanı əməkdaşına istinadən məlumat yayıb.
Polis idarəsinin nümayəndəsi Melodi Katlerin sözlərinə görə, daha 4 nəfər hadisədən müxtəlif dərəcəli bədən xəsarətləri ilə qurtulub.
Bildirilir ki, rayon ərazisində qar uçqunu təhlükəsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilib.
Qeyd edilir ki, yanvar ayında Solt-Leyk-Siti (Yuta ştatı) şəhəri yaxınlığında oxşar hadisədən 2 nəfər dünyasını dəyişmişdi.
Namiq Musayev