Rusiyanın Sankt-Peterburq şəhərində polis sifarişli qətlin qarşısını alıb. Ucnoqta.az xəbər verir ki, yerli iş adamı hüquqşünasdan intiqam almaq üçün qatilə 5 min dollar vəd verərək onun öldürülməsini sifariş verib.
Məlumata görə, qurban iflas hadisələri üzrə arbitraj müvvəkili olub. 58 yaşlı iş adamı, şəxsin işindən narazı qalaraq onu öldürmək istəyib və bunun üçün də qatil tutub.
Ancaq muzdlu, özünü iş adamına qatil kimi təqdim edən hüquq-mühafizə orqanının xüsusi əməkdaşı olub.
Sahibkar qatilə, lazım olan bütün məlumatları, qurbanın şəkilini, avtomobilinin əlamətlərini və yaşayış ünvanını təqdim edib.
Yanvarın 28-də iş adamı hüquqşünası öldürmək üçün qatilə 36 güllə və əldəqayırma tapança verib. Sonra polislər süni şəkildə “sifarişi” həyata keçirirlər və xüsusi əməliyyatdan hətta “ölmüş”ün həyat yoldaşının da xəbəri olmur. Ərindən xəbər ala bilməyən qadın, onun itkin düşməsi ilə bağlı polisə müraciət edir.
Ardınca isə, sifarişçi qalan pulu ödəmək üçün qatillə görüşür və həmin anda da polislər onu yaxalayırlar.
Lakin qəribədir ki, həmin gün sifarişçinin üzərində lazım olan məbləğ olmayıb.
Şübhəli barəsində cinayət işi başlanılıb. O, saxlanılaraq nəzarət altına alınıb. İstintaq davam etdirilir.
Namiq Musayev