Koronavirusla bağlı mahnı “Eurovision”da qəbul olunmadı - Video

10:42 - 5 Fevral 2021 - MAQAZİN

Ukraynanın “Eurovision” üçün təqdim etdiyi mahnı qəbul edilməyib.

Buna səbəb “Go_A” qrupunun səsləndirdiyi “Shum” mahnısının 4 dəqiqədən artıq olmasıdır.

Qaydalara əsasən, sözügedən bəstə 3 dəqiqəyə endiriləcək və mart ayında yenidən ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, qrup üçün “Shum”, “Rano” ve “Tserkovka” bəstələri hazırlanıb, aralarında Jamalanın da (“Eurovision- 2014” qalibi- red.) olduğu münsiflər heyəti seçimini edib.

Layihədə ötən ildən dünya gündəmini zəbt edən koronavirus pandemiyasına da toxunulub, geyim və xoreoqrafiya ilə mesajlar verilib.///qafqazinfo


Xəbər xətti