Bakı şəhəri Yasamal rayonu ərazisində səhər saatlarında yol qəzası baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdiyi məlumata görə, hadisə “Statistika dairəsi” adlanan ərazinin yaxınlığında baş verib.
"BMW" markalı avtomobil sürətlə hərəktə olarkən sürücü idarəetməni itirib. Nəticədə, maşın yaxınlıqda yerləşən "Müşviq parkı"na girərək aşıb.