Paytaxtda “Toyota” ilə “Каmaz” toqquşdu - ölən var

09:48 - 4 Fevral 2021 - HADİSƏ

Bakıda ölümlə nəticələnən ağır qəza olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda “Toyota” markalı minik avtomobili və “Камaz” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Xəbər xətti