Ötən gün baş verən yol qəzalarında; 2 ölü, 1 yaralı

14:35 - 3 Fevral 2021 - HADİSƏ

Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, fevralın 2-də gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb.   Əvvəlki dövrlərdən bağlı qalmış 41 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

 

Namiq Musayev

Xəbər xətti