Bakı Ağır Cinayətlər Məhkəməsində hamilə arvadını öldürməkdə təqsirləndirilən Anar Bəkirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hakim Samir Əliyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası fevralın 9-a təyin edilib.
Qeyd edək ki, hadisə ötən il aprelin 29-da Abşeron rayonunda baş verib.
İttihama görə, 1991-ci il təvəllüdlü Anar Bəkirov Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.
27 yaşlı L.Bəkirova 7 aylıq hamilə olub. A.Bəkirov qadının döş nahiyəsinə 3 dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.