Sabirabadda minik avtomobili yanıb- 2 nəfər xəsarət alıb

14:54 - 2 Fevral 2021 - HADİSƏ

Sabirabadda minik avtomobili yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Belə ki, “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın zamanı yanıq xəsarətləri almış 2 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti