Saatlıda 32 yaşlı qadın itkin düşdü - VİDEO

10:25 - 31 Yanvar 2021 - HADİSƏ

Saatlıda qadın itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, 32 yaşlı Mirzəyeva Afət Xanlar qızı yanvarın 27-də naməlum şəraitdə itkin düşüb. Onun yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndi ərazisindəki su kanalında batmasına əsaslı şübhələr var.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.///baku.tv

Xəbər xətti