Beyləqanda avtomobil yol ayrıcına çırpılıb, ölən var

10:38 - 29 Yanvar 2021 - HADİSƏ

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, yanvarın 28-də saat 19 radələrində Beyləqan rayonunun Bolsulu qəsəbəsi ərazisində Göyçay rayon sakini N.İsmayıllı idarə etdiyi “VAZ-21011” markalı avtomobili yol ayırıcısına vurub və sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Beyləqan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti