28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb. İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib.
Əlavə məlumat veriləcək.
22:06
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.
Sürüşmə nəticəsində yaxınlıqdakı restorana ziyan dəyib.
Hazırda aidiyyətli qurumların əməkdaşları sürüşmə baş verən ərazidədir.