Yanvarın 18-də Azərbaycanda ölkə üzrə COVİD-19-a qarşı vaksinasiya prosesinə başlanması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizə aparmaq üçün 2 işçi qrup yaradılıb.
Ucnoqta.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və rayon hüquq mühafizə orqanlarının rəhbərləri Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş çəkib, peyvəndləmə prosesi üçün hazırlıq işləri ilə maraqlanıb.
Neftçala Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və həkim kollektivi yaradılan şərait haqqında icra başçısına məlumat verib. İcra başçısı yaradılan şəraitlə tanış olub, əlavə olaraq yerlərdə maarifləndirmə işlərinin aparılması ilə bağlı təklif və tövsiyyələrini verib.