İsmayıllıda növbəti dəfə qazilər ziyarət olunub- Foto

12:36 - 16 Yanvar 2021 - ÖLKƏ İÇİ

Şəhid ailələrinin, qazilərin hər birinin qayğıları həmişə olduğu kimi, bu gün də İsmayıllı Rayon İcra Hakimiyyətinin diqqətindədir.

Ucnoqta.az xəbər verir ki, tədbirdə RİH-nin başçısı və icra hakimiyyətinin əməkdaşları iştirak edib. Rayon rəhbərliyi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində hərbi əməliyyatlarda yaralanan döyüşçülər və ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb, ehtiyacları öyrənilib, sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlanılacağı bildirilib.

Bu dəfəki ziyarətlər rayonun Ruşan, Vəng, Hapıtlı və Kürdmaşı kəndləri istiqamətində olub. RİH başçısı bildirib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır. Bu şöbənin əməkdaşları mütamadi olaraq Vətən müharibəsi iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılmışdır.

Fondun yaradılması ölkəmizdə şəhid ailələrinə, qazilərə diqqət və qayğının bariz nümunəsidir Görüş zamanı əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb, Vətən müharibəsi iştirakçılarının döyüş təəssüratları dinlənilib, döyüşlərdə əsgər və zabitlərimiz arasındakı yüksək əhval-ruhiyyədən, qələbə əzmindən bəhs ediblər, rəşadətli ordumuzun döyüşlərdə əldə etdiyi uğurlar barədə danışılıb.

Qazilər və onların ailə üzvləri göstərilən diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, rayon rəhbərliyinə və rayon ictimaiyyətinə təşəkkür ediblər.


Xəbər xətti