DYP Biləcəri bələdiyyəsini cərimələdi

13:39 - 12 Yanvar 2021 - HADİSƏ

Dövlət Yol Polisi (DYP) Binəqədi rayon Biləcəri bələdiyyəsi barəsində inzibati qaydada protokol tərtib edib.

“Report”un əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi bələdiyyəni İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.

Qərara əsasən, Binəqədi rayon Biləcəri bələdiyyəsi 300 manat məbləğində cərimə edilib.

Bələdiyyə qərardan apellyasiya şikayəti verib.

Xəbər xətti