Bakıda birmərtəbəli evdə yanğın olub

13:21 - 12 Yanvar 2021 - HADİSƏ

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 230 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə və içərisində iki ədəd məişət avadanlığı yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti