Bakıda 15 yaşlı yeniyetmə itkin düşüb
09:37 - 12 Yanvar 2021 - HADİSƏ
Bakının Nizami rayonunda 15 yaşlı Məmməd Elvin Elçin oğlu ötən gün itkin düşüb.
Bu barədə “Report”a onun atası Elçin Məmmədov bildirib. O qeyd edib ki, Elvin Məmmədov yanvarın 11-də saat 17 radələrində “Qara Qarayev” metrostansiyasının yaxınlığında itib. E.Məmmədovun psixoloji problemləri var. Onun eşitmə qabiliyyətində də məhdudiyyətlər mövcuddur.