Bakıda evdən kişi meyiti tapıldı

15:50 - 11 Yanvar 2021 - HADİSƏ

Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1988-ci il təvəllüdlü Seyidov Şəhriyar Zahir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

Xəbər xətti