Türkiyədə “WhatsApp” və “Facebook”la bağlı araşdırma aparılır

15:12 - 11 Yanvar 2021 - DÜNYA

Türkiyənin antiinhisar komitəsi “WhatsApp” və “Facebook” sosial şəbəkələrinə qarşı araşdırmaya başlayıb.

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, buna səbəb şəbəkələrin yeni məxfilik siyasətidir.

Türkiyənin antiinhisar komitəsi “WhatsApp”ın istifadəçilər üçün nəzərdə tutulan yeni razılaşmasının da tətbiqini dayandırıb.

Xəbər xətti