Ermənistanın Rusiyadakı səfirliyinə nəzarət gücləndirilib

13:50 - 11 Yanvar 2021 - DÜNYA

Moskvada Ermənistan səfirliyinin binasına polis nəzarəti gücləndirilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu, baş nazir Nikol Paşinyanın Rusiyaya səfəri ilə əlaqədar baş verib.

Qeyd olunur ki, səfirlik binasının yaxınlığında N.Paşinyanın istefa verməsini tələb edən etirazçılar toplanıb.

Hər hansı bir gərginliyin qarşısının alınması məqsədilə səfirlik binası polis əməkdaşları tərəfindən əhatəyə alınıb.

Xəbər xətti