Milli nüvə qüvvələrinin yaradılması başa çatdı

09:35 - 11 Yanvar 2021 - DÜNYA

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Koreya Əmək Partiyasının qurultayında çıxış edərək bildirib ki, ölkənin milli nüvə qüvvələrinin yaradılması başa çatıb.

Bu barədə bazar ertəsi Koreyanın Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

Partiyanın sədri, həmçinin baş katibi seçilmiş Kim Çen In vurğulayıb ki, Koreya Xalq Demokratik Respublikasının statusunun ümumi səviyyəsi və milli gücü "indiyə qədərki ən yüksək səviyyəyə qalxıb".

Kim Çen In qeyd edib ki, ölkə hakimiyyəti silahlanmadakı nüvə silahı daşıya bilən raketlərin zərbə radiusunu 15 min km-ə qədər artırmaq niyyətindədir. Onun sözlərinə görə, zərbə radiusunun genişləndirilməsi düşmənin hədəflərinə dəqiq zərbə endirilməsi imkanı ilə birləşəcək.

Daha əvvəl Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri ölkəsinin əsas düşməninin adını açıqlayıb. Kim Çen In bu ölkənin Birləşmiş Ştatlar olduğunu bildirib. (“Report”)

Xəbər xətti