İrandan COVID-19 vaksinlərinin ölkəyə girişinə QADAĞA

19:26 - 8 Yanvar 2021 - DÜNYA

İranın Ali lideri Ayətullah Əli Xamenei ABŞ və Böyük Britaniyanın istehsal etdiyi COVID-19 vaksinlərinin ölkəyə girişinə qadağa qoyub.

 Xamenei bu vaksinlərə etibar etmədiyini dilə gətirib. O, ABŞ-dan nüvə razılaşmasına geri qayıdaraq sanksiyaları götürməsini istəyib.

Konqres binasının Donald Tramp tərəfdarları tərəfindən işğalını xatırladaraq əlavə edib ki, ABŞ-ın 2009-cu ildəki seçkilərdən sonra İranda yaratmaq istədiyi vəziyyət 2021-ci ildə öz başına gəldi.

Xəbər xətti