Dünyada COVID-19-a yoluxanların sayı 86 milyona yaxınlaşır

00:26 - 8 Yanvar 2021 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 735 mindən çox artıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Məlumata əsasən, ötən sutka ərzində 735 944 nəfər yeni koronavirusa yoluxub, 13 968 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 85 929 428, ölənlərin isə 1 876 100 nəfərə çatıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər xətti