ABŞ Konqresi Co Baydenin qələbəsini təsdiq etdi

13:02 - 7 Yanvar 2021 - DÜNYA

ABŞ Konqresi hər iki palatanın birgə iclasında Co Baydenin prezident seçkilərində qələbəsini təsdiq edib.

Yeni seçilmiş prezident Co Bayden noyabrın 3-də keçirilmiş seçkilərdə 270-dən çox seçki kollegiyasının səsini qazanıb.

Konqresin palatalarının birgə iclası ötən gecə baş vermiş iğtişaşlardan sonra bərpa olunub.
Qeyd edək ki, ABŞ-ın 46-cı prezidenti seçilmiş Co Baydenin andiçmə mərasimi yanvarın 20-ə planlaşdırılıb.///trend

Xəbər xətti