Bu ölkədə də iki həftəlik sərt karantinə keçilir

09:04 - 6 Yanvar 2021 - DÜNYA

İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin Səhiyyə Nazirliyi ilə birlikdə iki həftəlik karantin tətbiq edildiyini açıqladı. Trend-in məlumatına görə, bu barədə "Times of Israel" yazır. İsrail hökuməti bu təşəbbüsü koronavirus infeksiyasına yoluxma sayının artması fonunda təsdiqləyib. Tədbir 7 yanvar tarixindən qüvvəyə minəcək. Netanyahu həmçinin "Twitter"də pisləşən epidemioloji vəziyyətə görə dünyanı ciddi nəticələr gözləməsi barədə xəbərdar edib: "Koronavirusun britaniya mutasiyası səbəbindən yüksək sürətlə yayılan qlobal bir pandemiyanın qızğın çağındayıq".

Xəbər xətti