Bakının Nəsimi rayonunda mənzildə 35 yaşlı kişinin meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Lovanov Ruslan Anatolyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.