Gürcüstanda ilk dəfə koronavirusun mutasiyaya uğramış SARS-CoV-2 növünə yoluxma faktı qeydə alınıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Rustavi-2" telekanalı məlumat verib.
Mutasiyaya uğramış yeni növ üçüncü ölkədən Gürcüstana daxil olan 50 yaşlı kişidə qeydə alınıb. Yoluxmuş şəxsin təmasda olduğu bütün şəxslər müəyyənləşdirilərək karantinə alınıb.