ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. Ucnoqta.az xəbər verir ki, hadisə yanvarın 2-də Miçiqan ştatında qeydə alınıb. Bu barədə yerli “The Detroit News” nəşri Oklend dairəsinin şerif ofisinə istinadən xəbər verir.
Nəşrin verdiyi məlumata görə, qəzadan sonra yaşayış evində yanğın baş verib və sakinlər yanan evi yara almadan xilas olublar.
Bildirilir ki, hadisədə dünyasını dəyişən pilot və iki sərnişindir.
Faktla bağlı qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev