Vertolyot fermaya düşdü; 4 nəfər öldü

11:57 - 3 Yanvar 2021 - HADİSƏ

Kanadada vertolyotun qəzaya uğraması nəticəsində 4 nəfər dünyasını dəyişib. Ucnoqta.az xəbər verir ki, hadisə Alberta əyalətində qeydə alınıb. Bu barədə yanvarın 2-də “CTV” telekanalı  məlumat yayıb.

Telekanalın məlumatına görə, “Robinson R44” model vertolyot, hələlik məlum olmayan səbəblərdən bir fermanın ərazisinə düşüb və göyərtəsindən olan bütün insanlar həlak olub. Qəza yerinə polis və xilasedicilər cəlb olunublar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Xəbər xətti