Daşkəsəndə “Qazel” dərəyə aşdı, ölən var

14:51 - 2 Yanvar 2021 - HADİSƏ

Daşkəsən şəhəri ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yanvarın 1-də saat 4 radələrində Daşkəsən şəhəri ərazisində qeydə alınıb.

Şəhər sakini S.Alıyev idarə etdiyi “Qazel” markalı avtomobili dərəyə aşırıb.
Nəticədə sərnişini, həmyerlisi Nəriman Kərimov hadisə yerində ölüb.

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti