Mingəçevirdə oğul anasını çəkiclə qətlə yetirib

17:27 - 1 Yanvar 2021 - HADİSƏ

Mingəçevirdə oğul ananı öldürüb.

Hadisə Nizami küçəsi 13, mənzil 5 ünvanında baş verib. Oğul çəkiclə 1948-ci il təvəllüdlü anası Əhmədova Afaq İbiş qızını vuraraq öldürüb.

Hadisəni törədən şəxsin ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb.///Apa

Xəbər xətti