Biləsuvar rayonunda COVID-19 virusuna qarşı təbliğat işləri davam etdirilir
Ucnoqta.az xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Biləsuvar şəhərində və rayonun kəndlərində ölkəni cənginə alan "COVID-19" virusuna qarşı mübarizə məqsədilə növbəti təbliğat-təşviqat işləri aparılır.
Ümumtəhsil məktəblərinin iştirakı ilə əhaliyə maska,əlcək və digər gigiyenik vasitələr paylanılıb. Pandemiyadan qorunmaq üçün maarifləndirici söhbətlər aparılaraq, əhalinin daha çox istifadə etdiyi yerlərə stikerlər yapışdırılıb.