Neftçalada şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyası keçirilib- Foto

16:11 - 29 Dekabr 2020 - ÖLKƏ İÇİ

 Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması, bu istiqamətdə vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə Neftçala rayonunda mütəmadi olaraq genişmiqyaslı abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, bu istiqamətdə görülən işlərin davamı olaraq dekabr ayının 29-da Milli Qəhrəman Samid İmanovun adını daşıyan küçədə Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı  ilə koronavirus (COVİD -19 ) pandemiyasını nəzərə alaraq məhdud sayda əməkdaşların iştirakı ilə müxtəlif növ ağac, mövsümi gül kollarının əkilməsi aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Neftçala RİH başçısı Mirhəsən Seyidov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon könüllüləri və fəal gənclər iştirak ediblər. Bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox saylı tədbirlər və layihələrin həyata keçirilməsi nəzərdə tutulub.


Xəbər xətti