Goranboyda 26 yaşlı gənc dəm qazından boğularaq ölüb

14:45 - 29 Dekabr 2020 - HADİSƏ

Goranboyda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Aşağı Ağcakənd kəndində qeydə alınıb. Quba rayon sakini, 1994-cü il təvəllüdlü Əzizov Şəhriyar Hüseynbala oğlu hamamda dəm qazından zəhərlənib. Dərhal xəstəxanaya aparılan Ş.Əzizovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti