Xaçmazda karantini pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlandı

16:39 - 28 Dekabr 2020 - HADİSƏ

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan  verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin qaydaları pozaraq gizli şəkildə fəaliyyət göstərən gözəllik salonu aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb və salonda çalışan 4 işçi barədə inzibati qaydada tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Xəbər xətti