Pakistanda baş verən vertolyot qəzasında 4 nəfər ölüb. Ucnoqta.az xəbər verir ki, hadisə dekabrın 26-da ölkənin şimalında qeydə alınıb. Bu barədə “Sinıhua” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hərbi hospitala əsgərlərin meyitini daşıyan vertolyot, texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Qəza nəticəsində 2 pilot və 2 hərbçi həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev