Bakıda mebel sexi yandı

17:49 - 26 Dekabr 2020 - HADİSƏ

Bakı şəhərinin Suraxanı rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,  ümumi sahəsi 80 m² olan ikimərtəbəli tikilinin (1-ci mərtəbəsi mebel sexi, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) birinci mərtəbəsinin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti