Lerikdə istirahət mərkəzinin əməkdaşını cərəyan vuraraq öldürüb

13:56 - 26 Dekabr 2020 - HADİSƏ

Bu gün səhər saatlarında havanın yağıntılı və küləkli keçməsi səbəbindən Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzinin elektrik enerjisi təchizatında fasilə yaranıb.

Mərkəzin əməkdaşları elektrik enerjisi təchizatını bərpa etmək istəyib.
Bu zaman isə qırılmış naqili birləşdirən mərkəz əməkdaşını (adı dəqiqləşdirilir) elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.///report

Xəbər xətti