Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi postda saxlanıldı

16:36 - 24 Dekabr 2020 - HADİSƏ

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayon ərazisində qurulmuş stasionar postda koronavirus pandemiyasına yoluxmuş rayonun Otuzikilər kənd sakini Ə.Allahverdiyevanın karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən edilib.

M.Təhməzov polis əməkdaşlarının müşaiyəti ilə müalicə aldığı ünvana geri qaytarılıb.

Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Xəbər xətti