Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalanıb - Qusarda

12:57 - 24 Dekabr 2020 - HADİSƏ

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlamaqla zərərçəkmişə maddi ziyan vuran şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, 

Araşdırmalarla həmin şəxsin rayon sakini Zərbəli Çigəliyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı Z.Çigəliyev törətdiyi oğurluq hadisəsini etiraf edərək, əldə etdiyi qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan əşyaların çox hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Qeyd olunan faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin analoji hadisələrdə iştirak edib-etməməsi araşdırılır.

 

Namiq Musayev

Xəbər xətti